DİA.AZ: - ""MADO"nun Fəvvarələr meydanında yerləşən filialında müştəriləri əməlli-başlı qarət edirlər". Bu barədə DİA.AZ-a tanınmış jurnalistlərdən biri giley edib.
Jurnalist iddia edir ki, keçən şənbə günü iki dostu ilə birgə sözügedən kafenin Fəvvarələr meydanında yerləşən filialında çay içib:
"Hər şey elə ilk başdan başladı. Çay əvəzinə stolun üstünə şirniyyatları düzəndə dedim ki, sadə çay istəyirəm. Ofisiant isə "şirniyyatın və 4 növ mürəbbənin çayın üstündə vacib" olduğunu bildirdi. Mən müştəri hüquqlarımdan danışdım, kar eləmədi... Nəhayətdə jurnalist olduğumu bildirdim. Şirniyyatı geri götürdü.
Amma yekun hesabda yenə də şirniyyatın pulunu məndən çıxdılar. Yeməsəm də, pulunu ödərtdilər".
Bunun açıq-aşkar qarət olduğunu bildirən jurnalist məsələ ilə bağlı əlaqədar qurumlara şikayət yazacağını da qeyd edib.